Balakəndə həkim idarə etdiyi avtomobillə piyadanı vurub...

10 Oktyabr 2019 11:27

Balakəndə 28 yaşlı kişi yol qəzasının qurbanı olub. Hadisə dünən axşam saatlarında rayonun Qazma kəndi ərazisində baş verib. Kənd sakini, 28 yaşlı Eşqin Hüseynov yaşadığı evin yaxınlığında küçədə olarkən həmkəndlisi 65 yaşlı Əsəd Vəliyevin idarə etdiyi minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Eşqin Hüseynov Balakən Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Açıq ağır kəllə beyin travması diaqnozu qoyulan xəstəyə hər cür reanimasyon tədbirlər görülməsinə baxmayaraq Eşqin Hüseyov gecə saat 02:00 radələrində xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Balakən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, qəza törədən sürücü Əsəd Vəliyev baytar həkimdir.