Oğuzun Xaçmaz kəndi içməli su ilə təmin olunub...

09 Oktyabr 2019 15:09

Oğuz rayonunun ən böyük yaşayış məntəqələrindən olan Xaçmaz kəndi keyfiyyətli içməli su ilə təmin olunub. Yeni su xəttinin istifadəyə verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Tədbirdə Oğuz rayon administrasiyası, “Azərsu” ASC-nin regional Sukanal idarəsinin rəasmiləri və kənd sakinləri iştirak etdib. Çıxış edənlər bildirib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Kəndi içməli su ilə təmin etmək üçün su mənbəyi dağlarda qaynama suları seçilib. Layihə çərçivəsində 3 kilometr uzunluğunda su xətləri çəkilib. Yeni layihənin icrasından 10 minədək sakin faydalanacaq. Kənd sakinləri isə bu sahədəki problemlərin həllinə görə minnətdarlıqlarını bildiriblər.