Şəkidə Destinasiya Menecmenti təşkilatının təqdimatı olub...

04 Oktyabr 2019 15:24

Əvvəlcə Şəki şəhərinin əsas turizm obyektlərindən birinə infotur təşkil olunub. İnfoturda əhatə dairəsi üzrə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının turistlərlə birbaşa əlaqədə olan turizm operatorları iştirak edib. İştirakçılar Ekoturizm cəhətdən inkişaf etmiş turizm obyektində orqanik məhsulardan dadıblar. Daha sonra “batika” sənətinin təqdimatı olub. Bildirilib ki, İndoneziyadan gəlmiş bu sənət sahəsi, məhz ipək üzərində işlənilir, zövqə uyğun olaraq çəkilən naxışlar, təbiətdən alınmış təbii boyaqlarla bəzədilir. Məhsullar tezliklə sənətkarlar evində turistlərə nümayiş etdiriləcək. Tədbir Destinasiya Menecmenti təşkilatının təqdimat mərasimi ilə davam edib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin YUNESKO –nun Ümumdünya İrs siyahısına salınmasının böyük bir uğur olduğunu diqqətə çatdırıb. Bu səbəbdən Destinasiya menecmenti təşkilatı üçün bu şəhərin seçilməsinin təsadüfi olmadığı vurğulanıb. Təşkilatın fəaliyyət dairəsinə öz turizm potensialı ilə xüsusən seçilən Şəki, Qax, Zaqatala, Balakən rayonları daxildir. Qeyd edək ki, Destinasiya Menecementi Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafına nail olmaq məsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək.