ll Beynəlxalq fındıq, qoz, şabalıd festivalına hazırlıq işləri yekunlaşır...

27 2019 15:30

Zaqatalada keçiriləcək ll Beynəlxalq Fındıq, Qoz, Şabalıd festivalına hazırlıq işləri yekunlaşmaq üzrədir. Keçirilən Mətbuat Konfransında Festival təşkilatçıları KİV nümayəndələrinin suallarını cavablandırıb. Bildirilib ki, artıq keçirilməsi ənənə halını alan Beynəlxalq Fındıq, Qoz ,Şabalıd festivalının bu il daha geniş şəkildə təşkili nəzərdə tutulub. 3 gün davam edəcək festivalın ilk günü qonaqlar Elmi Tədqiqat İnstitutunun təcrübə bağları, fındığın toplanması, müəssisədə emal prosesi və Dədə Qorqud meydanında təşkil edilən sərgi ilə yaxından tanış olacaqlar. Sərgidə sözügedən məhsulların istehsalı və emalı zamanı istifadə edilən texnikaların, eləcədə bu məhsullardan hazılanan müxtəlif əl işlərinin, ləziz şirniyyat və təamların nümayişi təşkil ediləcək. Festivalın ikinci günündə isə Fındıqçılıq üzrə Regional seminarın keçirilməsi planlaşdırılır. Festivalın sonuncu günü, yəni 30 sentyabr tarixində isə fındıq,qoz və şabalıd məhsullarının yarmarkası keçiriləcək. Beynəlxalq festivalda 20-yə yaxın Səfirlik və Xarici diplomatik nümayəndəliklərin iştirakı gözlənilir.