Qaxda məktəbdə yanğın baş verib...

27 2019 15:20

Qaxda məktəbdə yanğın baş verib. Yanğın axşam saatlarında Marsan kənd orta məktəbinin idman zalında qeydə alınıb. Əraziyə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 3200 m2 olan ikimərtəbəli məktəb binasının birinci mərtəbəsində yerləşən idman zalının döşəməsi 2 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.