"BİR" Tələbə-Könüllü proqramı çərçivəsində tələbələrlə görüş keçirildi...

27 2019 14:31

Şəkidə "BİR" Tələbə-Könüllü proqramı çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd könüllü proqramının təbliği və aşılanması, sistemləşdirilmiş könüllülük fəaliyyətinin formalaşdırılmasıdır. Tələbələrə 6 istiqamətdə fəaliyyət göstərən "BİR" tələbə-könüllü proqramı barədə ətraflı məlumat verilib. Proqrama qoşulmağın yolları izah edilib. Həmçinin proqramın təlimçiləri tələbələrə maraqlı suallar verib və əyləncəli oyunlar oynayıblar.