Zaqatala sakininin çanaqlı dostu...

27 2019 12:49
Fəxri Bədən Tərbiyyəsi və İdman işçisi olan 70 yaşlı Zaqatala sakini Əsgər Məmmədov artıq yarım əsrdir ki, həyətində tısbağa bəsləyir. Evin sakininə çevrilən bu tısbağa həm də kiçik dövlət olan bu ailənin uğur simvolu sayılır.
Heyvanlara qarşı sevgisi və qayğısı ilə seçilən tanınmış idmançı, illər öncə soyuq bir payız günündə meşədən odun toplayarkən qarşısına çıxan körpə tısbağaları da donmaqdan və ölümdən xilas etmək məqsədi ilə evinə gətirir. Tısbağalardan biri sonralar Əsgər müəllimin onlar üçün hazırladığı yuvanı tərk etsə də, digər tısbağa dostluğuna sadiq qalaraq, yarım əsrdir ki, onlarla yaşayır. Ən çox yaşıl sarmaşığı və alçanı sevən bu tısbağa əsasən otla qidalanır. İşinin çoxluğuna baxmayaraq həmsöhbətimiz tez-tez çanaqlı dostu üçün sarmaşıq və ot toplamağa getdiyini bildirir. Tısbağa Əsgər müəllim və onun ailəsi üçün sadəcə həyətlərində bəslənən heyvan yox, həm də ailənin üzvünə çevrilib. Əsas peşəsi olan idmanla yanaşı sənətkarlığa böyük həvəs göstərən qəhrəmanımız həyətində təkcə tısbağa bəsləmir. Onun həmdə digər ev heyvanları və dəniz donuzuda var. Bu ailədə digər ev heyvanlarına yalnız elə ev heyvanı kimi qulluq və qayğı ilə yanaşılır, bir uğur və sədaqət simvolu saydıqları tısbağadan başqa.