Şəkidə avtomobillər toqquşdu, xəsarət alan var...

25 2019 14:03

Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Axundov prospektində qeydə alınıb. Şəki sakini Telman Abdullazadə idarə etdiyi 55 BZ 744 dövlət nömrə nişanlı Vaz 21 09 nömrəli avtomobillə körpüdən əsas yola çıxarkən Axundov prospekti ilə hərəkət edən 55 BJ 616 dövlət nömrə nişanlı Mersedec markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Vaz 21 09 da olan sərnişin İradə Abdullazadə xəsarət alıb. Yaralı Şəki rayon Mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.