Şamaxıda ağır qəza: Avtomobil körpüdən aşdı...

24 2019 11:03

Avtomobil körpüdən aşaraq çaya düşüb. Hadisə gecə saatlarında Muğanlı İsmayıllı avtomobil yolunda baş verib. Bakı şəhəri Binəqədi rayon sakini 39 yaşlı Şahpələngov Qüdrət Tarzan oğlunun idarə etdiyi "OPEL" markalı minik avtomobili yoldan çıxaraq avtomobil yolunun üzərində 15 metr hündürlükdə olan körpüdən çaya düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Bakı Şəhəri Xətai rayon sakini Əkbərov Bayram Ələddin oğlu və sürücü Binəqədi rayon sakini Şahpələngov Qüdrət Tarzan oğlu müxtəlif xəsarətlər alıb. Hər iki yaralı Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Şahpələngov Qüdrət Tarzan oğlunun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.