Zaqatalada Əmək yarmarkası keçirilib...

23 2019 14:27

Ərazi Məşğulluq proqramına uyğun olaraq Zaqatalada növbəti Əmək yarmarkası təşkil edilib. 11 müəssisədən ümumilikdə 384 vakant iş yerinin çıxarıldığı yarmarkaya 400 nəfərdən çox iş axtaran şəxs müraciət edib. 140-ı özəl, 4-ü isə dövlət müəssisələrinə olmaqla 144 vətəndaşa minimum 250 manatdan 2207 manatadək əmək haqqı nəzərdə tutulan müvafiq iş yerləri təklif edilib. Bundan əlavə ümumilikdə 3280 nəfərin işaxtaran və işsiz kimi qeydiyyatda olduğu Zaqatala Rayon Məşğulluq Mərkəzində hesabat dövrü ərzində 588 nəfər işlə təmin edilib.