Fındıq oğruları yaxalandı...

21 2019 15:34

Zaqatalanın Qımır kəndində sakinlərin fındığını oğurlayan şəxslər RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb olunublar. Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 2 nəfər Qımır kənd sakini onlara məxsus evdən və həyətyanı sahədən ümumilikdə 9 kisə fındığın oğurlanması barədə məlumat veriblər. Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. İki ayrı fakt üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu edən şəxslər müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Əməliyyat zamanı fındığı oğurlayanların rayonun Bəhmətli kənd sakini Qabil Arıxov və Bazar kənd sakini, əvvəllərdə eyni maddə ilə məhkum olunmuş Elçin Hacıyev olduğu, müəyyən olunub. Onlar ümumilikdə müxtəlif evlərdən 9 kisə fındıq oğurlayıblar. İlkin ifadələrində saxlanılan şəxslər etdikləri cinayət əməlini etiraf edib və oğurladığı fındıqları satdıqlarını bildirib. Faktlarla bağlı araşdırma aparılır.