İsmayıllıda ilk dəfə "Kartof festivalı" keçirilib...

18 2019 16:55
Festivalın məqsədi bu strateji əhəmiyyətli məhsulun yığımında müasir texnikalardan istifadəyə diqqət çəkmək, fermerləri ixtisaslaşmış texnikalarla tanışlıq etməkdir.
Aqrar Kredit və İnkişaf Agentliyinin İsmayıllı rayonunda keçirdiyi “Kartof festivalı” kartofun yığımında əl əməyini azaldan və fermer işini yüngülləşdirən texnikaların nümayişinə həsr olunub. Tərbirdə tərəvəzçi-fermerlərə dəvət olunmuş xarici mütəxəssislər kartof istehsalında ən müasir modelləri təqdim edən texnikaların xüsusiyyətləri barədə məlumat veriblər. İsmayıllı fermerləri ilə yanaşı, tədbirə gəlmiş Tovuz, Qazax, Gədəbəy, Masallı, Cəlilabad fermerləri də kəsim aparatı, cərgə açan frez, kartofəkən, kartofyığan texnikaların, eləcə də kartof sortlaşdırma avadanlıqlarının fəaliyyətini əyani şəkildə izləmək imkanı qazanıblar. Festivalın keçirilməsində məqsəd kənd təsərrüfatında fermerlərin ağır əl əməyinin müasir innovativ texnika və avadanlıqlarla əvəz edilməsidir. Analoji tədbirlər digər məhsullar üzrə də keçiriləcək.