AQTİ fındıq bağında...

18 2019 14:10

Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun nümayəndələri Zaqatalada fındıq emalı müəssisələri və fındıq bağlarında olub. "Aflatoksinsiz fındıq istehsalının yolları" mövzusunda maarifləndirici təlim-seminarın davamı olaraq praktiki təlimlər məqsədi ilə fındıq istehsalı müəssisələrinin fəaliyyəti,istehsal prosesi və fındığın saxlanması, qablaşdırılması, nəmlik səviyyəsinin yoxlanılması kimi proseslərlə yerindəcə tanış olan mütəxəssislər, fermer və sahibkarlarla söhbət aparıb. Praktiki təlimlər zamanı fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, məhsulda aflatoksinlə bağlı risklərin idarə olunması, aflatoksinin insan və heyvan orqanizminə zərəli təsiri, yaranma səbəbləri və qarşısının alınması yolları geniş müzakirə edilib. Fındıq bağları ilə tanış olan institut nümayəndələri buradan labarotor müayinələr məqsədi ilə ağaclardan və yerə tökülmüş qərzəkli fındıq, yarpaq və torpaq nümunələri götürüb.