Qaxda yol qezasında nənə və nəvə xəsarət aldı...

17 2019 12:41

Qaxda gecə saatlarında baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakininin idarə etdiyi minik avtomobili eyni istiqamətdə hərəkətdə olan digər avtomobilə arxadan çırpılıb. Nəticədə Qax rayon sakinləri- 51 yaşlı Bəsti Osmanova və onun nəvəsi 9 yaşlı Nurlan Osmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır.