57 yaşlı piyadanı maşın vurub...

17 2019 10:31

Zaqatalada 57 yaşlı kişini maşın vurub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Əliabad qəsəbə sakini Hüseyn Zaxarov yolu keçmək istəyərkən magistral yolda hərəkətdə olan Mazıx kənd sakini Bağırov Ramazan Əbdülhəmid oğlunun idarə etdiyi “VAZ 2101” markalı minik avtomobili onu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Hüseyn Zaxarov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.