Şamaxıda 3-cü sinif şagirdini avtomobil vuraraq öldürüb...

16 2019 17:51

Şamaxı rayonunda məktəb şagirdinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “NİVA” markalı minik avtomobili 9 yaşlı Nuriyev Yusif Mubariz oğlunu vuraraq öldürüb. Hadisənin ehtiyatsızlıq səbəbindən, yəni nəzarətsiz qalan azyaşlı uşağın yolda hərəkət edən avtomobilin qarşısına qəflətən çıxması səbəbindən baş verdiyi bilirilir. Məktəbin 3-cü sinif şagirdi olan Yusif ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, uşağın atası ötən il Şamaxıda göldə çimərkən bataraq ölmüşdü.