Bilik günü Şəkidə böyük sevinclə qarşılanıb...

16 2019 15:38

Bu il rayondakı 96 ümumtəhsil məktəbin birinci siniflərinə 2225 şagird qəbul olunub. İlk dəfə məktəb həyatına qədəm qoyan balacaların sevincinin həddi hüdudu yox idi. Bu münasibətlə şəhər və kənd məktəblərində tədbirlər keçirilib. Çıxış edənlər birincilərə yeni yolda uğurlar arzulayıb. Öz növbəsində birincilər də şeirlər və rəqslər ifa ediblər. Daha sonra birincilərin həyatında ilk zəng çalınıb və uşaqlar siniflərinə daxil olublar. Yeni tədris ilində Şəkidə Bakıda yerləşən Kimya-Biologiya təmayüllü liseyin yeni filialı açılıb. Açılışda Təhsil nazirliyinin nümayəndəsi, Şəki şəhər təhsil şöbəsinin rəhbərliyi, şəhər ictimaiyyəti, valideynlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər yeni liseydə təhsil alacaq şagirdlərə uğurlar arzulayıblar. Şəkinin Oxut kəndində isə modul tipli məktəbin açılışı olub. 142 şagirdin təhsil alacağı məktəb 10 sinif otağından ibarətdir. Məktəbdə 20 müəllim dərs deyəcək. Şəkidə ilin sonuna kimi daha 3 məktəbin açılışı da nəzərdə tutulur.