Oğlanlara niyə kirayə ev verilmir?

16 2019 13:58

Şəkidə oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Rayonda 1 ailə təhsil, 4 orta-ixtisas, iki peşə təhsili müəssisəsinin olmasına baxmayaraq, burda tələbə yataqxanası yoxdur. Buna görə də başqa şəhər və kəndlərdən təhsil almaq üçün gələn tələbələr kirayə ev axtarışına çıxırlar. Bu da, bəzi çətinliklər yaradır. Çünki əksəriyyət oğlanlara kirayə ev verməkdə maraqlı deyil. Hər il Şəkiyə 500-dən çox tələbə təhsilini davam etdirmək üçün üz tutur. Demək olar ki, bütün oğlan tələbələr bu problemlə üzləşir. Ancaq evlərini kirayə verənlərin də öz səbəbləri var. Ev alqı-satqısı ilə məşğul olanlar da oğlanların kirayə ev tapa bilmədiyini təsdiqlədilər. Görünən odur ki, ev sahibləri mənzillərini daha çox qız uşaqlarına verməkdə maraqlıdırlar. Düşünürlər ki, qızlarla hər hansı problem yaşamayacaqlar. Tək çarə isə qalır tələbə yataqxanalarına...