Qobustanda ağır qəzada sürücü dünyasını dəyişdi...

16 2019 11:57

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün axsam saatlarında Qobustan rayonu ərazisində qeydə alınıb. "Toyota" markalı minik avtomobili yoldan çıxaraq körpüdən aşıb. Nəticədə sürücü, Sumqayıt şəhər sakini, 52 yaşlı Əliyev Arif Mustafa oğlu avtomobilin altına düşərək dünyasını dəyişib, sərnişini isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.