Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıllıda...

13 2019 15:58

Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnan İsmayıllı rayonuna səfər edib, rayonun füsunkar təbiəti və bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH-nin məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət və mətbuat sahəsi nümayəndələrinin iştirakı ilə qonaqlarla görüşüb. İsmayıllının sosial-iqtisadi inkişafının bütün istiqamətlərində qazanılan uğurlardan, rayonun qədim tarixindən, coğrafiyasından, etnoqrafiyasından, zəngin milli tərkibindən bəhs olunub. Səfir mədəniyyət sarayında təşkil olunan “Arzu” qadın inkişaf qrupunun üzvləri ilə söhbət edib və xanımların əl işlərinə tamaşa edib. Həmçinin balaca rəqqasın ifa etdiyi hind qərsi maraqla qarşılanıb. Daha sonra İsmayıllı Xalça fabrikində olan səfirə müəssisə haqqında məlumat verilib. Burada toxunan xalçalar səfirin marağına səbəb olub.