Balakəndə baş verən yol qəzasında sürücü ağır xəsarət alıb...

13 2019 15:37

Hadisə Balakən-Kortala avtomobil yolunda baş verib. Rayonun Qullar kənd sakini Asruddin Motuxov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Asruddin Motuxov Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Asruddin Motuxova qapalı kəllə-beyn travması, baş beyin əziyi və sol bud sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti stabil - ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.