Balakən sakinləri Zaqatalada narkotiklə tutulub...

12 2019 12:45

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi VAZ 2106 markalı avtomobil rayon ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən sürücüyə və onun sərnişin qismində olan həmkəndlisi Bəhruz Qardaşova aid marixuana aşkar edilib və maddi sübut kimi götürülüb.