Xorvatiyanın Varajdin şəhərinin nümayəndə heyəti Şəkiyə səfər edib...

11 2019 15:11

Səfərin məqsədi Şəki ilə Varajdin arasında imzalanmış “Dostluq və əməkdaşlıq haqqında” xartiyadır. Varajdin şəhərinin meri İvan Çehok, həyat yoldaşı Anamariya Çehok və merin müavini Sandra Malenitsa səfər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı ilə görüşüb. Görüş zamanı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov xorvatiyalı qonaqlara Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində müxtəlif beynəlxalq səviyyəli festivallar keçirilir. Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən İvan Çehok Şəkidə olmağından məmnunluğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonra qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub. Şəkiyə səfəri çərçivəsində qonaqlar bir sıra müəssisələrə baş çəkəcək, Şəkinin tarix və mədəniyyət abidləri ilə tanış olacaqlar.