Oğuzda 2 tondan artıq narkotik bitki yandırılıb...

11 2019 13:17

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm , ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.