Hərbçilər uşaq evini və şəhid ailəsini ziyarət etdilər...

10 2019 15:19
Aprel döyüşlərinin iştirakçıları və bir qrup hərbiçi Şəkiyə səfər edib. Qazilər xeyriyyə məqsədi daşıyan səfər zamanı uşaq evində və şəhid ailəsində olublar.
Beyləqan-Füzuli bölgəsində yerləşən hərbi hissənin hərbçiləri və Aprel döyüşlərinin qaziləri Şəki Qarışıq Tipli uşaq evini ziyarət ediblər. Artıq hərbçilər tərəfindən adət halına çevrilən bu ziyarət zamanı general-mayor Mayıs Bərhudarovun adından uşaqlara diplom və hədiyyələr təqdim edilib. Aprel qaziləri isə 1-ci sinifə gedən uşaqlara məktəb ləvazimatları və geyimlər hədiyyə ediblər. Tədbirdə Fizuli Dövlət Dram teatrının aktyorları balacalar qarşısında tamaşa ilə çıxış ediblər. Tədbirin sonunda ad günü olan uşaqlar üçün tort kəsilib və şar yağışı olub. Daha sonra qazilər şəhid Aqşin Abdullayevin evini ziyarət ediblər. Burada şəhidin valideynləri ilə görüşən Aprel döyüşçüləri şəhidin keçdiyi şərəfli yoldan danışıb, Şəhidin övladlarına yeni dərs ilində uğurlar arzulayıb, hədiyyələr veriblər. Hərbiçilər tərəfindən bundan sonra da bu cür ziyarətlərin davamlı olaraq həyata keçiriləcəyi bildirilib.