Şəkiyə və Qaxa ilk qar yağıb...

10 2019 13:36

Azərbaycanın şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti bu bölgədə öncə yağış sonra isə yüksək dağlıq ərazilərdə qarla əvəz olunub. Gecə saatlarında Qaxın İlisu kəndini əhatə edən Böyük Qafqaz sıra dağlarının zirvələrinə qar düşüb. Qeyd edək ki, İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Qarın yağdığı zirvələr isə dəniz səviyyəsindən 3462 metr yüksəklikdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqlamasına görə isə bu dövrdə həmin ərazilərə qarın yağması normal hidrometeoroloji haldır. Hazırda bölgədə çiskinli hava şəraiti müşahidə edilir, temperatur isə 14-16 dərəcə təşkil edir.