Şamaxıda İqtisadçıların Yay Düşərgəsi təşkil edilib...

09 2019 14:47

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənc Mühasiblər Birliyinin təşkilatçılığı ilə Şamaxıda, Vergilər Nazirliyinin Tədris Mərkəzində İqtisadçıların Yay Düşərgəsi təşkil edilib. 2 gün keçirlən yay düşərgəsində "Karyera", "Layihələrin yazılması və idarə olunması", "Şəxsi inkişaf və natiqlik", "Qan qrupu və sən" mövzularında təlimlər keçirilib. İştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün meditasiya təşkil olunub. Yay düşərgəsində 40 gənc iqtisadçı tələbə və ölkənin peşəkar ekspertləri iştirak edib. Sonda iştirakçılar sertifikatlarla təltif olunub.