"Meşə kralı", "Kotu", "Bete" ləqəbli narkobaronların olduğu dəstə saxlanıldı...

09 2019 11:37

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir dəstə zərərsizləşdirilib. Balakən polisinin uğurlu əməliyyatı zamanı rayonun Gərəkli kənd inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik ərazidə kultivasiya üsulu ilə əklib aqrotexniki qaydada qulluq edilən, küllü miqdarda narkotik tərkibli bitki - çətənə kollarının əkildiyi bir-neçə sahə aşkar edilib. Məlum olub ki, rayonun Gərəkli və Mahamalar kənd sakinləri - Rauf Muquşov, onun oğlu Osman Muquşov, Mayıl Dibirov, Eldar Mustafayev, Yaşar Əhmədilov, "Bete" ləqəbli narkobaron Sabir Malaxov, "Kotu" ləqəbli narkobaron Rasim Dibirov, "Meşə kralı" ləqəbli narkobaron Mehman Mehdiyev , Elnur Musalov qabaqcadan əlbir olaraq dağlıq-meşəlik ərazinin müxtəlif ölçülü 11 sahəsində çətənə bitkisi əkib becəriblər. Faktla bağlı cinayət işi açılıb. Adı keçən şəxslər tutularaq istintaqa cəlb edilib.