Qaxda yaşayış evi kül oldu...

05 2019 11:30

Qaxda yaşayış evində yanğın baş verib. Yeddi nəfərdən ibarət ailənin yaşadığı ev yanaraq külə dönüb. Rayonun Tasmalı kəndində kənd sakini, 62 yaşlı Səfərəli Camalova məxsus ümumi sahəsi 165 kvadratmetr olan ev anidən alışıb. Yanğın baş verən əraziyə Qax və Zaqatala rayonlarından 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın zamanı ev içərisindəki əşyalarla birlikdə yanıb. Həyətdə olan tövlə və evə bitişik yarımtikili isə yanğından mühafizə olunub. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Faktla bağlı araşdırma aparılır.