Şamaxıda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib...

03 2019 15:20

Şamaxı şəhər Mədəniyyət mərkəzində ilk dəfə olaraq Şamaxı, İsmayıllı və Qobustan rayonlarının iştirakı ilə təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Şamaxı, İsmayıllı və Qobustan rayonların təhsil şöbələrinin rəhbərləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Konfransda əvvəlcə 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxışlar edilib. 2018-2019-ci tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, 2018-2019-ci tədris ili keyfiyyətin artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə yaddaqalan olub. Daha sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.