Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dəstə saxlanılıb...

03 2019 12:34
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu-əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini, onların qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə ifşa olunub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Eldar Mustafayev və tanışı Zahid Dibirov, qohumlar Elşad və Elman Hacıyevlər, Cuma Əhmədov və rayonun Gərəkli kənd sakini Məhəmməd Xanayev, əvvəllər məhkum olunmuş Rauf İsmayılov, Ramil Qandayev, şəhər sakinləri İlham və Ramiz Mahatovlar, Zülfüqar Xəlilov və Ceyhun Namazov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Polis Şöbəsinə gətiriliblər. Ümumilikdə 18 nəfər haqqında həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.