Şamaxıda keçirilən “Innocamp” innovasiya yay düşərgəsi başa çatıb...

02 2019 15:12

Şamaxıda keçirilən “Innocamp” innovasiya yay düşərgəsi başa çatıb. Düşərgədə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edib. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Təlim, master klas və vorkşoplardan ibarət proqramın əsas hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutub. Düşərgədə təlimlər, vorkşoplar və müzakirələrlə yanaşı, iştirakçılar üçün əyləncə proqramı da təşkil olunub.Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.