İsmayıllıda 22 yaşlı gənci elektrik cərəyanı vurdu...

02 2019 13:42

İsmayıllıda 22 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.Hadisə İsmayıllının İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Jaben Aleksandr Nikolayeviç yaşadığı evin divarında xarab olan elektrik naqilini təmir edərkən ehtiyatsızlıq edib və cərəyan onu vuraraq öldürüb. Onun meyiti müayinə üçün Respublika MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.