Zaqatalada fındıq yığımı başladı...

20 2019 15:42
Zaqatalada kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biridir. Bir neçə gündür ki, fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 15 min tondan çox fındıq tədarük olunması gözlənilir. Hazırda rayonda yay fındığının yığımı aparılır, eyni zamanda təsərrüfatçılar payız fındığının yığımına hazırlaşır.
İyul aylarının ilk günlərindən etibarən başlanılan fındıq yığımı sentyabr ayının sonunadək davam edir. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirir. Zaqatala rayonunda qədimdən kütləvi fındıq bağlarının mövcud olduğu kəndlərdən biri də Fındıqlı kəndidir. Ümumi ərazisi 800 hektar olan bu kəndin 730 hektarı xüsusi mülkiyyətə verilmiş fındıq bağlarıdır.Hazırda fermerlər fındığın “seryoşka” növünün yığımı gedir. Hazırkı məhsuldarlıq isə qənaətbəxşdir. Ötən il rayonun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton artıb. Hazırda Zaqatala bazarında fındığın bir kiloqramının qiyməti 3.60 qəpikdir.