Şəkidə faciəvi qəza: iki avtomobilin arasında qaldı...

19 2019 10:23

Şəkidə bir nəfərin faciəvi ölümü ilə nəticələnən qəza baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının yenidən qurulan hissəsində, Şəkinin Dəhnə kəndi ərazisində qeydə alınıb. Qax rayon sakini, 32 yaşlı Vasif Məmmədovun idarə etdiyi "Mersedes" markalı mikroavtobusda nasazılıq yaranıb. Nəticədə mikroavtobusu aparmaq üçün Şəkinin Baş Göynük kənd sakini 38 yaşlı Qoşqar Umarovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə qoşublar. Mikroavtobusun sərnişini, Qax rayon sakini 49 yaşlı Zaur İbrahimov iki avtomobilin arasında qalaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Zaur İbrahimovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.