Şəki Heydər Əliyev Mərkəzində "Ümumdünya əhali günü"nə həsr olunmuş regional konfrans keçirilib...

15 2019 16:13

Şəki Heydər Əliyev mərkəzində Ümumdünya əhali gününə həsr olunmuş regional konfrnası keçrilib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abdisəinin önünə gül dəstələri qoyub və ona ehtiramlarını bildiriblər. Konfransda ümumumdünya əhali gününün təsis olunmasının tarixindən, bu günün əhəmiyyətindən söz açılılıb. Qeyd olunub ki, 1989-cü ildə BMT-tərəfindən ümumdünya əhali günü təsis olunub. 1994-cü ildə BMT-nin Qahirədə keçirilən qlobal konfransında mühüm qərarlar qəbul olunub. Bu konfransda iştirak edən Ulu Öndər Heydər Əliyev bildirib ki, konfransda qəbul olunun qərarları Azərbaycan öz maraqlarına uyğun şəkildə həyata keçirəcək. Bildirilib ki, 2006-cı ildə “İnsan Hüquqları üzrə milli fəaliyyət proqramı” və 2011-cı ildə “insan hüquqlarının təmin olunmasında səmərliliyin artırılmasında milli fəaliyyət proqramı” qəbul olunub. Bu proqramların qəbulu ölkəmizdə bu sahədə olan problemlərin həllində mühüm rol oynayıb.Çıxış edənlər bildiriblər ki, son illər regionlarda da bu sahədə xeyli irəliləyişlərə nail olunub. Qeyd edək ki, bu tədbirə Lənkəranda start verilib. Şəkidən sonra isə Gəncə və Qubada təşkil olunacaq.