Rəsmi qurumlardan Şəki Xan sarayında baş verən hadisəylə bağlı açıqlama!

15 2019 15:53

Şəki Xan Sarayının həyətində xəsarət alanların səhhəti ilə bağlı Səhiyyə nazirliyi son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Paytaxta gətirilərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən İlkin Məmmədov, Sara Hasan, Farik Hasan, Al Hasan Samirənin vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur. Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunanların vəziyyəti isə ağır olaraq qalmaqdadır. Xan sarayına girişə icazə verilməsədə Yuxarı Baş Dövlət Memarlıq Qoruğunun ərazisinə hələ də turistlər gəlməkdə davam edir. Qala divarları daxilində , xan sarayı istisna olmaqla, onların hərəkətinə hər hansı bir məhdudiyyət qoyulmayıb. Baş Prokurorluq da Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı yeni məlumat yayıb. İlkin araşdırmalarla müəyyən edilib ki, budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub. Müayinələrə əsasən qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülüb.