Şəkidə Hamlet İsaxanlının yaradıcılıq gecəsi keçirilib...

14 2018 16:10

Şəkidə Xəzər Universitetinin təsisçisi, tanınmış ziyalı, alim, şair Hamlet İsaxanlının yaradıcılıq gecəsi keçirilib. Şəki Dövlət Dram Teatrında keçirilən “Bu dünyaya nə gətirdim” adlı yaradıcılıq gecəsinə şəhər administrasiyası ilə yanaşı,  ziyalılar, elm və sənət adamları da qatılıb. Alimin həyat və yaradıcılğından bəhs edən videoçarx nümayiş olunub. Çıxış edənlər bildirib ki, Hamlet İsaxanlı mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifidir. Şairin yazdığı şerlərə bəstələnən musiqi nümunələri səsləndirilib. Alim , tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. Gecənin sonunda çıxış edən icra hakimiyyəti başçısı Elxan Usubov alimin Azərbaycana verdiyi tövhələrdən söz açıb, ona xatirə həsiyyəsi təqdim edib. Qeyd edək ki, Hamlet İsaxanlının 70 illiyinə həsr olunan yaradıcılıq gecəsi ölkədən kənarda, Türkiyə və Gürcüstanda da keçiriləcək.