Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib...

16 Oktyabr 2017 16:45

Açılış mərasiminə təhsil naziri Mikayıl Cabbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, təhsil işçiləri və ictimaiyyət nümayəndələri qatılıb. Çıxış edənlər ölkəmizdə əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib. Mərkəz Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında yaradılıb. Mərkəz 3 mərtəbədən, 4 bölməli lazımi avandanlıqlarla təchiz olunmuş emalatxanadan ibarətdir. Mərkəzdə kiçik təlim-təsərrüfat sahəsi istifadəyə verilib, gözləmə və konfrans zalları, 30 sinif otağı, linqafon, kompüter otaqları, laboratoriyalar, kitabxana, İdman zalı və s. mövcuddur. Peşə təhsil Mərkəzinin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi və 10-dan çox müasir kənd təsərrüfatı texnikası var. Burda ümumilikdə 980 nəfərin təhsil alması nəzərdə tutulub. Hazırda mərkəzdə 19 ixtisas üzrə 457 tələbə peşə öyrənir. Ümumilikdə, 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.