Türkiyəli şair Coşkun Karabulut Şəkidə...

10 Oktyabr 2017 16:24

Türkiyəli şair Coşkun Karabulut Şəkiyə səfər edib. Şair öncə şəhər rəhbərliyi ilə görüşüb. Şəki icra hakimiyyətində keçən görüş zamanı qonağa ətraflı məlumat verilib. 3 minə yaxın yaşı olan Şəkinin qədim yaşayış məskəni olduğu, burda çox sayda tarixi abidənin mövcudluğu qonağın diqqətinə çatdırılıb. Şəkinin festivallar şəhəri olduğu, il ərzində müxtəlif beynəlxalq festival və tədbirlərə ev sahibliyi etdiyi barədə türkiyəli qonağa məlumat verilib.Şair Coşkun Karabulut isə öz növbəsində Azərbaycana ilk dəfə gəldiyini ancaq əslən Şəkidən olduğunu vurğulayıb. Coşkun Karabulut anasının ailəsinin vaxtı ilə Şəkidən Türkiyəyə miqrasiya etdiklərini bildirib. Qonaq, məhz bu səbəbdən də Şəkini görməyin ən böyük arzularından biri olduğunu deyib. Hətta öz şeir kitablarından bir neçəsini Azərbaycandakı şairlər vasitəsi ilə Azərbaycan dilinə tərcümə belə edib. Şəkidə 3 gün qalacaq Coşkun Karabulut bu vaxt ərzində şeir sevənlərlə görüşlər keçirəcək. Eyni zamanda Şəki ilə yaxından tanış olma fürsəti əldə edəcək.