İSMAYILLI BU HƏFTƏ

Hər Bazar 19:00-da

İsmayıllı Azərbaycanın ən gözəl rayonlarından biridir. Tarixi abidələri, gəzməli-görməli məkanları ilə tanınan rayon ölkəmizin ictimai-siyasi həyatında, mədəniyyətində xüsusi rol oynayan şəxsiyyətləri də seçilib. Rayonda son illər hər bir sahədə xüsusi inkişaf nəzərə çarpır. İsmayıllı mütəmadi olaraq beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. “İsmayıllı bu həftə” verilişində rayonda görülən işlər, həyata keçirilən tədbirlər haqqında daha geniş məlumat verilir. Verilişdə həmçinin tanınmış simalar, ölkə və rayonun             ictimai-siyasi həyatında fərqlənən insanlardan da danışılır.