Haqqımızda

     Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir.Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb.Kanalımızın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54,59 və 32-ci kanallardan ölkənin 75 % -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yaxın zamanlarda yayım əhatəsinin genişləndiriləcəyi gözlənilir. Ən yüksək , müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "ARB Şəki"-dədir.
      "ARB Şəki" 8 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti,Yayım və inkişaf departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 136 nəfər çalışır.
      Telekanalın həftəlik yayım həcmi 168 saatdır. Yayımın 75%-ni televiziyanın öz istehsalı olan proqramlar, 5%-ni ölkə ərazisində, 20%-ni isə xaricdə istehsal olunan proqramlar, filmlər təşkil edir. “Sizə hamıdan yaxınıq” devizini əsas götürən şirkətin prioriteti operativlik və obyektivlikdir.
      ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixindən etibarən öz brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Şəki" olaraq fəaliyyətini davam etdirməkdədir.