Qəbələdə reyd keçirilib...

12 2017 17:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsi və Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə bu gün Qəbələ rayonunun ərazisində «Təmiz hava» aylığı çərçivəsində reyd keçirilib. Reyd zamanı 100-dək avtomobilin havaya buraxdığı dəm qazının normaya uyğunluğu yoxlanılıb. Dəm qazını havaya normadan artıq buraxdığına görə 22 avtomaşının sürücüsü barəsində inzibati qaydada cərimə tətbiq olunub. Polisin tələblərinə riayət etməyən, habelə, sənədləri qaydasında olmayan bir neçə sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.