Səyyar "ASAN xidmət" avtobusu Zaqatalada...

12 2017 16:34

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda əhaliyə xidmətlərin çatdırılması üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi səyyar asan xidmət avtobusları əhaliyə xidmət göstərməkdə davam edir. Səyyar Asan xidmət avtobusunun növbəti dayanacağı Zaqatala rayonudur. Cari ildə Zaqatala rayonuna səyyar avtobusun artıq 2 ci –dəfə səfəridir. Səyyar avtobusda hər bir vətəndaş üçün bərabər imkanlar yaradılıb. Sakinlər məlumat bürosuna yaxınlaşaraq sənədlərini təqdim edir və müraciət əsasında dərhal onların müracətlərinə baxılır və ən qısa müddətdə lazımı işlər həyata keçirilir. Ötən müddət ərzində səyyar asan xidmət avtobusuna müxtəlif xidmət sahələri üzrə 1000-nəfərdən artıq vətəndaş müraciət edib. Ölkə daxilində fəaliyyət göstərən 11-asan xidmət mərkəzləri əhalinin dövlət qurumlarına əlçatanlığı asanlaşdırır. Hazırda daha 2-səyyar xidmət mərkəzinin tikintisi davam edir ki, bunlarında birisi ətraf rayonlardan olan Şəki şəhərindədir. Respublika üzrə 10-asan xidmət avtobusu, 1 asan xidmət qatarı isə bölgələrə səfər edərək, yerlərdə əhaliyə xidmət göstərir. Xidməti avtobuslarda 15-17 nəfər işçi əhaliyə xidmət göstərir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reystrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.