Şamaxı rayonunda ağır yol qəza hadisəsi baş verib...

12 2017 11:00

Hadisə dünən axşam saatlarında Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakininə məxsus 56 BB 373 -Dövlət nişanli “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 60 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər - 29 yaşlı Səxavət Cəbiyev, 26 yaşlı Xətai Kərimov, 23 yaşlı Zövqamil Balakişiyev, 22 yaşlı Muxtar Hüseynov, 20 yaşlı İqrar Sadıqov, 15 yaşlı Rüfət Hacıyev, 15 yaşlı Tərlan İsgəndərov, 14 yaşlı Əli Fərhadov xəsarət alıblar. Xəsarət alan şəxslər təcili olaraq Şamaxı RMX-yə çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Səxavət Cəbiyevin həyatını xilas etmək mümkün olmayıb. İqrar Sadıqov və Xətai Kərimovun vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, xəsarət alanlar ofisant işlədikləri restorandan gəlirmişlər. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.