Tütünçülüyə maraq artıb...

11 2017 17:24

Tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” bu sahədə emalın genişləndirilməsinə, xammal tələbatını yerli istehsal hesabına ödənilməklə ixrac potensialının artırılmasına hesablanıb. Mütəxəssislərin fikrincə, proqram kənd əhalisinin məşğulluğunun yüksəldilməsini də təmin edəcək. Tütünçülüyün stimullaşdırılması atılan addımlar fermerlərin bu sahəyə marağına artmasına səbəb olub. Təkcə Balakəndə bu il tütün əkilən sahələrin 528 hektara çatdırılması bunu deməyə əsas verir. Son illər fermerlər tütünün ətirli və məhsuldar olan "virciniya" növünə üstünlük verib. Bu növ tütünün yerli növdən fərqli olaraq qurudulması üçün ipə düzülmür. Sahələrdə yığılaraq yaş halda birbaşa Zaqataladakı müəssəyə təhvil verilir. Müəssisəsinin illik emal gücü 3300-3600 tondur. Zavodda ümumilikdə 60-dan çox işçi daimi işlə təmin olunub. Burada qurudulan məhsul yerli bazarlarla yanaşı Rusiya, Belarusiya, Ukrayna və Gürcüstan Respublikalarına da ixrac edilir. Yaxın vaxtlarda məhsulun ixracı üçün başqa ölkələrlə də müqavilələrin bağlanması planlaşdırılır. Tütünçülüyün inkişafına ilə bağlı təsdiq edilən dövlət proqramında nəzərdə tutulub ki, 2021-ci ildə tütünün əkin sahəsi 6 min hektara çatdırılsın, hər hektardan 20 sentiner məhsul götürülsün və istehsalın həcmi 12 min tona yüksəlsin.