BMT-nin Azərbaycandakı nümayəndəsi İsmayıllıda...

11 2017 16:46

Birləşmiş Millətlər Təşkilatı Rezident Əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı Rezident nümayəndəsi Qulam İsaqzay İsmayıllıya səfər edib. Səfərin məqsədi “Cənubi Qafqaz Landşaftında Meşə və Torpaqların Davamlı İdarə Edilməsi” layihəsinin nəticələri ilə maraqlanmaq olub. Layihə ilə bağlı rayon rəhbərliyi ilə görüş keçirilib, müxtəlif müzakirələr aparılıb. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycanda ətraf mühitin davamlı idarəedilməsinin təşviqi üzrə milli potensialın qurulması istiqamətində tədbirlər həyata keçirir. 2014-cü ildən etibarən Ekologioya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində meşələrin idarəedilməsi, yeni meşə və bağların salınması, otlaqların monitorinqi və inventarlaşdırılması, fermer təsərrüfatlarının əlavə gəlir mənbələrinə dəstək xarakterli fəaliyyətlər həyata keçirilir. Aparılan işlərin monitorinqi və tanışlıq məqsədilə Qulam İsaqzay İsmayıllının Lahıc qəsəbəsində də olub, yay otlaq ərazilərinə baxış keçirib.