Uzun illərin yol problemi həllini tapır...

17 2017 16:00
Qax rayonunun kəndlərində yaşayan sakinlər illərdir yol problemi yaşayırdılar: Şəhər mərkəzinə getmək üçün tozlu-torpaqlı yoldan istifadə etmək məcburiyyətində qalırdılar. Zaqatalaya səfər isə onların yolunu kilometrlərlə uzadırdı. Uzun illərin problemi həllini tapır.
Qax-Zaqatala avtomobil yolu yenidən tikilir. Yol üzərində 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmirbeton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi nəzərdə tutulub. Artıq yolun başlanğıcından asfalt örtüyünün çəkilməsinə başlanılıb. Nəzərə alsaq ki, Qax və Zaqatala rayonlarının həmin yola yaxın kəndlərində yaşayan sakinləri uzun illər idi ya yararsız yoldan istifadə edirdilər, ya da yollarını uzadaraq alternativ avtomobil yollarına çıxırdılar. Yeni yol onların işini tam asanlaşdıracaq. Asfaltbeton örtüklü 3-cü texniki dərəcəyə aid olan yolun ümumi uzunluğu 29,8 km-dir. Qax-Zaqatala avtomobil yolunun tikintisinə Prezident İlham Əliyevin 5 noyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən ilkin olaraq ayrılan 3 milyon manat vəsaiti hesabına başlanılıb...