“İslam həmrəyliyi və dini icmaların qarşısında duran vəzifələr və hədəflər”

15 2017 15:23

Zaqatalada “İslam həmrəyliyi və dini icmaların qarşısında duran vəzifələr və hədəflər” mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini yad edib. Konfrans Azərbaycanda İslam Həmrəyliyi ili çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin təşkilatçılığı, RİH və dini icmaların iştirakı ilə keçirilib. Dünyada sivilizasiyaların toqquşmasının yaşandığı, insanların bir-birinin millətinə, dininə, irqinə qarşı dözümsüzlük nümayiş etdirdiyi bir zamanda ölkəmizdə müxtəlif millət və dinlərdən olan insanların qardaşlıq və dostluq şəraitində yaşamasına diqqət çəkilib. Azərbaycan əsrlər boyu özünün multikultiralizm ənənələri ilə region və dünya ölkələrinə nümunə olub. Ölkəmiz ayrı-ayrı millətlərin və konsepsiyaların sülh, əmin-amanlıq, qaşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Dini radikalizm sadəcə olaraq islam dini ilə əlaqəli deyil, bütün dinlərdə yaşana bilər. Lakin buna qarşı mübarizə aparılmalıdır. Dini radiakalizmə qarşı mübarizədə sağlam düşüncəli, savadlı gənclərin rolu xüsusi vurğulanıb. Sonda dini icmaları maraqlandıran suallar cavablandırılıb.