Bu dəfə qoyunları canavarlar yox, itlər parçaladı!

15 2017 14:29
Şamaxının Dağ Göylər kəndində quduzlaşmış sahibsiz itlər sakinlərdən birinin şəxsi təsərrüfatındakı qoyunları parçalayıb. Hadisənin dəfələrlə təkrarlanması sakinləri narahat edir.
Göylər kənd sakini 33 yaşlı Toğrul Salahova məxsus qoyunlar sahibsiz itlərin hücumuna məruz qalıb. Toğrul Salahovun sözlərinə görə, qardaşı qoyunları tövləyə salmaq istəyəndə ətrafda it sürüsü olub. İtləri ərazidən uzalaşdırdıqdan sonra üç qoyunun parçalandığını görüb. Göylər kənd baytarlıq idarəsinin səlahiyyətli nümayəndəsi hadisə yerinə gələrək ərazini dezinfeksiya edib. Tələf olmuş heyvanlarsa sakinlərlə birlikdə kəndin ərazisindən uzaqlaşdıraraq məhv edilib. Kənd sakinlərinin sözlərinə görə, bu ay ərzində artıq üçüncü dəfədir ki, itlər həyətlərə hücum edib və nəticədə 15-dən çox qoyunu parçalayıb. Bununla bağlı dəfələrlə yerli orqanlara müraciət etsələr də hələlik heç bir tədbir görülməyib. Kənd sakinləri sahibsiz itlərin əhaliyə də hücum edəcəyindən narahatdırlar.